...

Xətaidə yanğın olub

Hadisə Materials 23 Oktyabr 2017 19:57 (UTC +04:00)

Bakı. Trend:

Xətai rayonunda yol kənarında 50 kv.m sahədə taxta tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 15 kv.m olan qarajın üzlüyü 4 kv.m sahədə, içərisində olan televizorun və su nasosunun üzlükləri əriyib.

Qarajın qalan hissəsi və yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti