...

Avtomobil qaçıranlar tutulublar

Hadisə Materials 30 Oktyabr 2017 16:09 (UTC +04:00)
Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb.
Avtomobil qaçıranlar tutulublar

Bakı. Trend:

Avtomobil qaçıranlar tutulublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb.

DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən avtomobilin həmin gün saat 20 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılıb və onu idarə edən Cəlilabad rayon sakini Sübhan Niftullayevlə birgə Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Daha bir oxşar hadisə oktyabrın 26-da Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində baş verib. Tofiq Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bakı ŞBPİ “Təhlükəsiz Şəhər” Xidməti və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Lələyev və Sumqayıt şəhər sakini Qadir Əliyev tutulublar.

Avtomobil Salyan rayonunda yaşayan Hidayət Sadıqovun həyətindən sökülmüş vəziyyətdə tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti