Bakı. Samir Əli - Trend:
Tovuz rayonunda tüfeyli həyat tərzi sürən qadın xəstəxanada ölüb.
Trend-in məlumatına görə, oktyabrın 29-da axşam saatlarında rayonun Azaflı kənd sakini, 1983-cü il təvəllüdlü Həsənova Elnarə Həsən qızı içkili vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Həsənova spirtli içki qəbul etdiyindən özündə olmayıb və xəstəxanada komatoz vəziyyətə düşüb. Həkimlərin səyinə baxmayaraq xəstə oktyabrın 30-da dünyasını dəyişib.
E.Həsənovanın meyiti müayinə olunmaq üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Məlumata görə, kimsəsiz olan E.Həsənova uzun müddətdir ki Tovuzda tüfeyli həyat tərzi keçirirmiş.