Bakı. Trend:
Paytaxtda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə olan vətəndaş - 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.