...

Bakıda ev yanır - FHN-in canlı qüvvə və texnikası cəlb edilib

Hadisə Materials 11 Noyabr 2017 14:47 (UTC +04:00)
Bakının mərkəzində yaşayış evində yanğın başlayıb.
Bakıda ev yanır - FHN-in canlı qüvvə və texnikası cəlb edilib

Bakı. Samir Əli - Trend:

Bakının mərkəzində yaşayış evində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunun 3-cü Alatava yaşayış massivində baş verib.

Ərazidə bir mərtəbəli fərdi yaşayış evində qəfil yanğın baş verib.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti