...

Səhiyyə Nazirliyindən ötən gün qəzada yaralanmış şəxslərin vəziyyəti barədə RƏSMİ AÇIQLAMA

Hadisə Materials 22 Noyabr 2017 11:04 (UTC +04:00)
Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində -paytaxtın Qaradağ rayonu ərazisində dünən baş verən ağır yol qəzasında yaralanaraq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.
Səhiyyə Nazirliyindən ötən gün qəzada yaralanmış şəxslərin vəziyyəti barədə RƏSMİ AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində - paytaxtın Qaradağ rayonu ərazisində dünən baş verən ağır yol qəzasında yaralanaraq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində yaralanan 10 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Onların 2-nə ambulator yardım göstərilib və evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 8 nəfərdən 2-si bu gün səhər digər tibb müəssisələrinə köçürülüb.

Hazırda KTM-də müalicəsini davam etdirən qalan 6 nəfərin vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti