...

Əfqanıstanda intiharçı hücumu

Hadisə Materials 17 Dekabr 2017 16:18 (UTC +04:00)
Əfqanıstanın cənubunda əcnəbi əsgərləri daşıyan avtomobil karvanının yaxınlığında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində bir qadın həlak olub
Əfqanıstanda intiharçı hücumu

Bakı. Trend:

Əfqanıstanın cənubunda əcnəbi əsgərləri daşıyan avtomobil karvanının yaxınlığında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində bir qadın həlak olub.

Trend-in "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Hücum, Qəndəhar əyalətinin Daman mahalında yerli vaxtla saat 14.00-də baş verib. Partlayış nəticəsində daha beş mülki şəxs yaralanıb. İlkin məlumatlara görə, xarici əsgərlər arasında ölən və xəsarət alan yoxdur. Hələlik heç bir qruplaşma hücum görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti