...

Ağcabədi və Astarada yanğın olub

Hadisə Materials 19 Dekabr 2017 09:31 (UTC +04:00)
Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.
Ağcabədi və Astarada yanğın olub

Bakı. Trend:

Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi isə Astara rayonunda qeydə alınıb. Rayonun Kolatan kəndində ümumi sahəsi 119 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə, evə bitişik ümumi sahəsi 34 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 kv.m sahədə və içərisinə yığılmış 5 m3 taxta yanıb.

Evin və köməkçi tikilinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti