...

Qırğızıstanlı deputatların təyyarəsini Daşkənd aeroportu niyə qəbul etmədi?

Hadisə Materials 20 Dekabr 2017 11:05 (UTC +04:00)
Göyərtəsində Qırğızıstan Parlametinin spikeri və nümayəndə heyəti olan təyyarə Daşkənd aeroportunda sıx duman səbəbindən eniş edə bilməyib.
Qırğızıstanlı deputatların təyyarəsini Daşkənd aeroportu niyə qəbul etmədi?

Bakı. Trend:

Göyərtəsində Qırğızıstan Parlametinin spikeri və nümayəndə heyəti olan təyyarə Daşkənd aeroportunda sıx duman səbəbindən eniş edə bilməyib.

Trend-in məlumatına görə, bu səbəbdən Özbəkistan paytaxtında enməli olan təyyarə Səmərqənddə enib.

Məlumata görə, bu gün Daşkənd aeroportu səhər saatlarında reysləri sıx duman səbəbindən təxirə salıb. Aeroportdan verilən məlumata görə, eləcə də İstanbul, Minsk, Sankt-Peterburq, Tel-Əviv, Bişkek və Romadan gələn təyyarələr Özbəkistan paytaxtında eniş edə bilməyiblər.

Qeyd edək ki, Özbəkistanda səfərdə olan Qırğızıstan nümayəndə heyətinin respublika prezidenti və digər rəsmilərlə görşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti