...

FHN Bakı Dəmir Yolu Vağzalında keçirilən axtarışla bağlı açıqlama yayıb

Hadisə Materials 21 Dekabr 2017 22:17 (UTC +04:00)
Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat başa çatıb
FHN Bakı Dəmir Yolu Vağzalında keçirilən axtarışla bağlı açıqlama yayıb

Bakı. Trend:

Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat başa çatıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, FHN-nin və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti