...

Külli miqdarda narkotik müsadirə olunub

Hadisə Materials 2 Yanvar 2018 17:03 (UTC +04:00)
Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Külli miqdarda narkotik müsadirə olunub

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin, ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti