...

Paytaxtda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 6 Yanvar 2018 17:01 (UTC +04:00)
Suraxanı rayonunun Ramana qəsəbəsində “JEEP” markalı avtomobillə paytaxt sakini Tural Mirhadıyev vurulub.
Paytaxtda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Suraxanı rayonunun Ramana qəsəbəsində “JEEP” markalı avtomobillə paytaxt sakini Tural Mirhadıyev vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi “JEEP” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Mirhadıyevi vurub.

Piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti