Bakı. Samir Əli - Trend:
Zığ şossesində baş verən qəza nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına 15 nəfər yerləşdirilib. Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.
Qeyd olunub ki, xəsarət alanlardan 2 nəfərin - Qurbanova Mətanət (1960) və Həsənov Talehin (1998) vəziyyəti ağırdır. Onlar qarının küt travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
"Xəsarət alan uşaqlar isə, muayinədən keçdikdən sonra, ambulator müalicəyə buraxılıb", deyə xəstəxanadan bildirilib.
Həmçinin yaralanan digər 13 nəfərin adı da açıqlanıb:
Məhərrəmov Elcan (2003)
Nəbiyeva Səliqə (1959)
Ağayeva Səbirə (1975)
Məmmədli Aygün (2002)
Namazov Sədi (1938)
Məmmədov Rüstəm (1964)
Teymurova Afət (1974)
Yedyarova İrina (1975)
İsgəndərova Aygün (1981)
Savgin Vasiliy (1975)
Hüseynli Müşfiq (1998)
Babayeva Tahirə (1936)
Cəfərova Sevda (1961)
19:42
Bakı. Samir Əli -Trend:
Zığ şossesində sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində yaralanan 12 nəfərdən 5-i ambulator müayinəyə buraxılıb.
Bu barədə Trend-ə 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov deyib.
Onun sözlərinə görə, qalan 7 nəfər hal-hazırda xəstəxanadadır və müayinədən keçir.
19:12
Bakı. Ilhamə Isabalayeva -Trend:
Suraxanı rayonunda - Zığ şosesində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 12 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib .
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti qadındır. Yaralıların 3-ü uşaqdır. Hadisə nəticəsində ölən olmayıb.