Bakı. Trend:
İsveçin Göteborq şəhərində naməlum şəxs İsveç Teleradio şirkətinin binasını yandırmağa çalışıb.
Trend-in məlumatına görə, bu barədə polis məlumay yayıb. Məlumatda deyilir ki, səhər saatlarında hadisə yerinə gələn polislər yaralı şəxsi aşkar ediblər.
Şəxs polisə etiraf edib ki, o, pəncərəni sındıraraq binanı yandırmağa cəhd göstərib.
Polislər həmin şəxsi əvvəlcə xəstəxanaya, daha sonra ifadə almaq üçün polis bölməsinə aparıb.