...

Avtomobillərdən oğurluq edən keçmiş məhkum tutulub

Hadisə Materials 29 Yanvar 2018 14:25 (UTC +04:00)
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla İsmayılov saxlanılıb.
Avtomobillərdən oğurluq edən keçmiş məhkum tutulub

Bakı. Elçin Mehdiyev - Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı onun üzərindən heroin aşkar edilib.

Aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Ə.İsmayılovun ötən ilin sentyabrından cari il yanvarın 25-dək olan müddətdə rayon ərazisində 10 avtomobildən maqnitofon və akkumulyator oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti