...

Moskvada BOMBA həyəcanı - 6 xəstəxanada axtarışlar var

Hadisə Materials 29 Yanvar 2018 18:46 (UTC +04:00)
Moskvada bomba qoyulması barədə anonim zənglərin daxil olmasından sonra 6 xəstəxanada axtarışlar başlayıb
Moskvada BOMBA həyəcanı - 6 xəstəxanada axtarışlar var

Bakı. Trend:

Moskvada bomba qoyulması barədə anonim zənglərin daxil olmasından sonra 6 xəstəxanada axtarışlar başlayıb.

Trend-in məlumatına görə, əvvəlcə Botkin adına xəstəxananın minalanması barədə polisə zəng daxil olub.

Daha sonra digər xəstəxanalarla əlaqədar təhdid zəngləri qəbul edilib. Hazırda həmin xəstəxanalarda kinoloqlar və partlayıcı maddə mütəxəssisləri axtarışlar aparır.

Gün ərzində Moskvada 20-yə yaxın binada, o cümlədən Dövlət Dumasında, Turizm Nazirliyində və digər hökumət binalarında axtarışlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti