...

DİN əməliyyat keçirib - Xeyli sayda silah-sursat götürülüb

Hadisə Materials 5 Fevral 2018 12:56 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat keçirilib.
DİN əməliyyat keçirib - Xeyli sayda silah-sursat götürülüb

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə 4 ədəd “İJ” markalı tüfəng və 37 ədəd patron, Oğuz RPŞ-nin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.

Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti