...

ABŞ-da silahlı insident: yaralananlar var

Hadisə Materials 15 Fevral 2018 01:58 (UTC +04:00)
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası qarşısında yerli vaxtla saat 07:00-da silahlı insident baş verib
ABŞ-da silahlı insident: yaralananlar var

Bakı. Trend:

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası qarşısında yerli vaxtla saat 07:00-da silahlı insident baş verib.

Trend-in verdiyi xəbərə görə, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı, lakin bunun atışma nəticəsində baş vermədiyi bildirilir.

Məlumata əsasən, naməlum şəxslər avtomobillə agentliyin Fort Merilend (Florida ştatı) şəhərindəki ərazisinə icazə olmadan daxil olmağa çalışıblar.

Silahın kim tərəfindən tədbiq olunduğu barədə məlumat verilmir.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ABŞ Federal Təhqiqatlar Bürosu araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti