...

Bakıda motosiklet, Qubada mağaza yanıb

Hadisə Materials 15 Fevral 2018 06:41 (UTC +04:00)
Bakıda və Qubada yanğın hadisəsi qeydə alınıb
Bakıda motosiklet, Qubada mağaza yanıb

Bakı. Trend:

Bakıda və Qubada yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda “Notes” markalı motosikletin mühərrik hissəsi yanıb. Motosikletin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Quba rayonunda ümumi sahəsi 40 m2 olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti