...

Yəməndə difteriya bəlası - 62 nəfər öldü

Hadisə Materials 21 Fevral 2018 13:50 (UTC +04:00)
Yəmənin Səhiyyə Nazirliyi son altı ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb
Yəməndə difteriya bəlası - 62 nəfər öldü

Bakı. Trend:

Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb.

Trend-in məlumatına görə, bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib.

Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.

Qeyd olunur ki, xəstəlik əsasən Yəmənin iki əyalətində yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti