...

Yük maşınında toya gedənlər qəzaya düşdü - 26 ölü

Hadisə Materials 6 Mart 2018 10:19 (UTC +04:00)
Hindistanda yük maşınının aşması faciəyə səbəb olub.
Yük maşınında toya gedənlər qəzaya düşdü - 26 ölü

Bakı. Trend:

Hindistanda yük maşınının aşması faciəyə səbəb olub.

Trend-in məlumatına görə, yük maşınında toya gedən qonaqlar olub.

Yük maşınının aşması nəticəsində 26 nəfər həyatını itirib. Daha 12 nəfərin yaralandığı bildirilir. Məlumata görə, ümumilikdə yük maşınında 60 nəfər olub.

Qəzanın baş verməsinin ilkin səbəbi kimi sürücünün idarəetməni itiməsi nəticəsində yük maşınının körpüdən aşması göstərilir.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.

Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti