...

Qəbələdə məktəb yanıb

Hadisə Materials 6 Mart 2018 18:53 (UTC +04:00)
Hadisə rayonun Laza kəndində baş verib.
Qəbələdə məktəb yanıb

Bakı. Trend:

Qəbələdə məktəb yanıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Laza kəndində baş verib.

Ümumi sahəsi 1300 kv.m olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 kv.m sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​

Hadisə zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti