...

Səbaildə mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 28 Mart 2018 02:25 (UTC +04:00)
Səbail rayonunda mənzildən kişi meyiti tapılıb
Səbaildə mənzildən kişi meyiti tapılıb

Bakı.Trend:

Səbail rayonunda mənzildən kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Vəliyev Şaiq Dünyamalı oğlunun cəsədini aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti