...

Sumqayıtda kafedə yanğın: 6 nəfər təxliyə edildi

Hadisə Materials 4 Aprel 2018 13:04 (UTC +04:00)
Sumqayıtda yerləşən kafelərin birində yanğın baş verib.
Sumqayıtda kafedə yanğın: 6 nəfər təxliyə edildi

Bakı. Trend:

Sumqayıtda yerləşən kafelərin birində yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları 90 kv.m sahədə və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 30 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti