Bakı.Trend:
Misir paytaxtı Qahirənin cənubunda sərnişin avtobusu və yük maşını toqquşub.
Trend-in verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Hadisə nəticəsində 20 nəfərin həlak olduğu bildirilir.
Məlumata əsasən, insident səhralıq üzərindən keçən avtomobil yolunda qeydə alınıb.
Qəzanın səbəbi olaraq nəqliyyat vasitələrinin sürücüləri tərəfindən sürət həddinin aşılması göstərilir.