...

“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 6 Aprel 2018 11:38 (UTC +04:00)
Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər yaxalanıb.
“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs yaxalanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 4-də “Sədərək” ticarət mərkəzində mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti