Bakı. Trend:
Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. 1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.