Bakı. Trend:
Saatlı rayon sakinini avtomobillə vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 17-də saat 21 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Habil Məmmədov vurulub.
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Qədir Quliyev saxlanılıb.