Bakı. Trend:
Aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan alıblar.
DİN-dən Trend-ə verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elşən Hüseynov 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.