...

Hindistanda azı 10 nəfər sel sularının qurbanı olub

Hadisə Materials 4 May 2018 14:48 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Teliqana və Andxra-Pradeş ştatlarında leysan yağışları ciddi fəsadlara yol açıb. Trend-in məlumatına görə, azı 10 nəfər sel sularının qurbanı olduğu bildirilib.

Məlumata görə, güclü yağışdan sonra bir neçə yaşayış məntəqəsini su basıb, eləcə də düyü zəmiləri suyun altında qalıb. Güclü küləyin isə ağacları və elektrik dirəklərini dibindən qopararq aşırdığı bildirilir.

Qeyd edək ki, Hindistanın şimalında qasırğa nəticəsində ölənlərin sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti