Bakı. Trend:
Nərimanovda mənzildən meyit tapıldı.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Jukov Vitaliy Sergeyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.