...

Lənkəranda qonağını öldürüb basdıran ev sahibi tutuldu

Hadisə Materials 7 May 2018 13:28 (UTC +04:00)
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub.
Lənkəranda qonağını öldürüb basdıran ev sahibi tutuldu

Bakı. Trend:

Bu ilin martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl–martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, meyitinin isə zirzəmidə basdırılması müəyyən edilib.

M.Babayevin meyiti ekshumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti