...

Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 14 May 2018 14:50 (UTC +04:00)
Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1 448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti