İlk xəbər saat 12:21-də yayımlanıb
Bakı. Trend:
Türkiyənin "Onur Air" aviaşirkətinə məxsus təyyarə Volqoqradda planlaşdırılmamış eniş edib. Trend-in məlumatına görə, təyyarə Antalyadan Rusiyanın Çelyabinsk şəhərinə uçurmuş.
Məlumata görə, təcili enişin səbəbi təyyarədə texniki nasazlıqla bağlı olub.
Təyyarənin göyərtəsində həmin zaman 226 sərnişinin olduğu bildirilir. Məcburi enişdən sonra 11 sərnişin özünü pis etdiyini bildirib. Aeroporta həkim briqadası cəlb olunub və həmin sərnişinlərə ilkin tibbi yardım göstərilib. Sərnişinlərin qan təzyiqi yüksək olub və baş ağrılarından şikayət ediblər.
Hazırda Antaliya-Çelyabinsk reysi ilə uçan sərnişinlər yola salınıb.