...

Sabirabadda 41 çətənə kolu aşkarlandı

Hadisə Materials 23 May 2018 09:35 (UTC +04:00)

Bakı. Trend:

Sabirabadda 41 çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb.

Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti