...

Marinski teatrında kütləvi zəhərlənmə səbəbilə 9 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 23 May 2018 13:55 (UTC +04:00)
Sankt-Peterburqda Marinski teatrında kütləvi zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 9 nəfər olub.
Marinski teatrında kütləvi zəhərlənmə səbəbilə 9 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Sankt-Peterburqda Marinski teatrında kütləvi zəhərlənmə səbəbundən xəstəxanaya yerləşdirilənlərin sayı 9 nəfər olub.

Trend-in məlumatına görə, şəhərin Səhiyyə İdarəsinin mətbuat katibi Yevgeniya Laurxammeri tibbi yardım üçün müraciət edənlərin həm yaradıcı, həm də inzibati personaldan olduğunu bildirib.

Qeyd edək ki, daha öncə ümumilikdə tibbi yardım üçün xəstəxanaya 12 nəfərin müraciət etdiyi bildirilmişdi və teatrın 7 əməkdaşı xəstəxanaya yerləşdirilmişdi.

Zəhərlənənlər Botkin adına xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri normal qiymətləndirilir.

Teatr əməkdaşlarının hansı səbəbdən zəhərlənməsi faktı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti