Bakı. Trend:
Salyan sakinindən silah götürülüb.
DİN-dən Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş Əli Səfərovun evindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.