...

Şirvanda məktəb müəllimi itkin düşüb (FOTO)

Hadisə Materials 26 May 2018 16:38 (UTC +04:00)
Şirvanda məktəb müəllimi itkin düşüb
Şirvanda məktəb müəllimi itkin düşüb (FOTO)

Bakı. Trend:

Şirvanda məktəb müəllimi itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti