...

Tovuzda 23 yaşlı oğlan dərmandan zəhərləndi

Hadisə Materials 28 İyun 2018 11:25 (UTC +04:00)
Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.
Tovuzda 23 yaşlı oğlan dərmandan zəhərləndi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Səfərov Kamil Maqsud oğlu evlərində dərman qəbul edərkən zəhərlənib.

Xəstə təcili xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti