...

Dənizdə batan 2 şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 17 İyul 2018 18:10 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.
Dənizdə batan 2 şəxsin meyiti tapılıb (YENİLƏNİB)

İlk xəbər saat 17:23-də yayımlanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

XXX

17:23

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batdığı ehtimal olunur.

FHN-dən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti