...

Gəncədə 4 otaqlı ev yanıb

Hadisə Materials 3 Avqust 2018 05:26 (UTC +04:00)
Gəncədə evdə yanğın hadisəsi qeydə alınıb.
Gəncədə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Gəncədə evdə yanğın hadisəsi qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 92 m² sahədə yanıb.

Yüksək temperaturdan evə bitişik ümumi sahəsi 48 m² olan talvar və yaxınlıqdakı ümumi sahəsi 135 m² olan talvar 10 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti