...

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Hadisə Materials 15 Avqust 2018 17:12 (UTC +04:00)
Xaçmaz rayon sakini R.Hacıbalayev qaçırdığı avtomobili şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub
Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Bakı. Trend:

Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti