...

İsmayıllıda “Mazda” aşdı, sürücünün arvadı öldü

Hadisə Materials 17 Avqust 2018 13:42 (UTC +04:00)
İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllıda “Mazda” aşdı, sürücünün arvadı öldü

Bakı. Trend:

İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi “Mazda” markalı avtomobili aşırıb.

Nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti