...

Çeçenistanda polis bölməsinə hücum: yaralılar var

Hadisə Materials 20 Avqust 2018 14:52 (UTC +04:00)
Çeçenistanın Şali rayonunda iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib.
Çeçenistanda polis bölməsinə hücum: yaralılar var

Bakı. Trend:

Çeçenistanın Şali rayonunda iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib.

Trend-in məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 10 radələrində baş verib. Naməlum şəxslər bıçaqla bölməyə gələrək iki polis əməkdaşına xəsarət yetiriblər.

Onlar cavab atəşi ilə məhv edilib.

Hazırda ərazidə operativ qrup çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti