...

Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı

Hadisə Materials 31 Avqust 2018 11:49 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kkiniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti