...

"Florens" bəlası! Şimali Karolinada su bəndinin dağılmaq təhlükəsi var

Hadisə Materials 17 Sentyabr 2018 12:05 (UTC +04:00)
"Florens" qasırğasının gətirdiyi tropik yağışlar ABŞ-ın Şimali Karolina ştatında "Xeduoters" su bəndini dağılma təhlükəsi altında qoyub.
"Florens" bəlası! Şimali Karolinada su bəndinin dağılmaq təhlükəsi var

Bakı. Trend:

"Florens" qasırğasının gətirdiyi tropik yağışlar ABŞ-ın Şimali Karolina ştatında "Xeduoters" su bəndini dağılma təhlükəsi altında qoyub.

Trend-in məlumatına görə, bəndin aşağısındakı evlərin sakinlərinə yaşayış yerlərini tərk etmələri barədə xəbərdarlıq edilib.

Məlumata görə, təxliyə xəbərdarlığı verilmiş ərazilərdə 172 min əhali yaşayır, xəstəxana və məktəb isə yoxdur.

Qeyd edək ki, güclü küləklə müşayiət olunan "Florens" qasırğası artıq ABŞ sahillərinə yaxınlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti