Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda ara məsafənin gözlənilməməsi yenə qəzaya səbəb olub.
Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Şahidlərin sözlərinə görə, arxada hərəkətdə olan "Toyota" markalı avtomobil, öndəki 90-ZS-287 dövlət nömrə nişanlı "Mercedes C" markalı avtomobillə toqquşub.
Qəza yerinə yol patrul xidmətləri cəlb olunub.
Hadisə səbəbindən Heydər Əliyev prospektindən şəhər istiqamətində tıxac yaranıb.