...

Gədəbəydə at oğrusu saxlanılıb

Hadisə Materials 18 Oktyabr 2018 14:39 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gədəbəydə at oğrusu saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Tural Nəsibovun 1 baş inəyini oğurlamaqda şübhəli bilinən Aslan Tağıyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin iyun-iyul aylarında daha 3 nəfərə məxsus 5 baş atı kəndin otlaq sahəsindən oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti