...

Bakıda sahibkarın 157 min manatını mənimsəyən satıcıya şərti cəza verildi

Hadisə Materials 18 Oktyabr 2018 17:00 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıda sahibkarın 157 min manatını mənimsəyən satıcıya şərti cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Namazovaya şərti cəza verilib.

İttihama görə, N.Namazova Bakıda sahibkar Arif Vəliyevin mağazasında çalışan zaman onun 157 min manat pulunu ələ keçirib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan qadının barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.Namazova zərərçəkmişə dəymiş zərəri ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti