...

Zərdabda traktorla "VAZ" toqquşub, ölən var

Hadisə Materials 24 Oktyabr 2018 05:05 (UTC +04:00)
Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Zərdabda traktorla "VAZ" toqquşub, ölən var

Bakı. Trend:

Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Trend-ə FHN-dən verilən məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti